AZ

Mahir yeni mövsümdə ilk dəfə fərqləndi, komandası 7 qol vurdu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.

Hit.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.

Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.

Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.

"Ayntraxt 1949" - "Kayzerslautern" - 0:7 

Qollar: Kunze, 11; Emreli, 15; Ji-Soo, 24; Hanslik, 35; Ritter, 49; Raşi, 72; Taçi, 90+1

Seçilən
6
34
hit.az

10Mənbələr