Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın“Kayzerslautern” komandasının heyətində rəsmi matçlarda ilk qolunuvurub.
Trend-inməlumatına görə, hücumçu ölkə kubokunun "Ayntraxt 1949"la keçirilən1/32 final mərhələsinin oyununda fərqlənib.
O, 15-ci dəqiqədə rəqibi cəzalandırıb.
Görüş “Kayzerslautern”in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.Bununla da komanda adını növbəti raunda yazdırıb.