AZ

Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün artıq Vaşinqtona gəlib.


O bu barədə rəsmi Telegram kanalında yazıb: “Artıq Vaşinqtona gəlmişəm. Sabah prezident Trampla görüşəcəyik. Sabah Avropa liderləri ilə danışacağıq. Dəvətə görə ABŞ prezidentinə minnətdaram".

O qeyd edib ki, hər kəs müharibəni bitirmək istəyir, lakin “sülh uzunmüddətli olmalıdır”: "İllər əvvəl olduğu kimi deyil – hansı ki, Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən - Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi".

Zelenski 1994-cü ildə Ukraynaya verilən və reallıqda işləməyən “təhlükəsizlik zəmanətləri”ni də xatırladıb: "2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədiyi kimi, o zaman da Krımdan imtina etməyə dəyməzdi".

O əlavə edib ki, ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda vuruşurlar və hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk və Sumi vilayətlərində uğur qazanır. Prezident əmin olduğunu bildirib ki, Ukrayna özünü müdafiə edə, effektiv təhlükəsizliyi təmin edə biləcək və ukraynalılar dəstək və köməyə görə prezident Trampa və ABŞ-a minnətdar olacaqlar: "Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır. Ümid edirəm ki, Amerika ilə, avropalı dostlarımızla ümumi gücümüz Rusiyanı əsl sülhə vadar edəcək". Musavat.com


Seçilən
62
50
nuh.az

10Mənbələr