AZ

FHN: Ötən həftə 5 nəfərin meyiti tapılıb

FHN:

Ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 505 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 4 nəfər xəsarət alıb, 4 nəfər təxliyə olunub, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.Ulusum.az

Diqqət Çəkənlər

Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var

FHN yanğın təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib

Britaniya kralı xərçənglə mübarizədə çətin günlər yaşayır

Seçilən
41
50
ulusum.az

10Mənbələr