AZ

Rüfət Abdullazadə Xorvatiya çempionatında debüt edib

Xorvatiya çempionatında 3-cü turun oyunları baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin çıxış etdiyi “Varazdin” doğma meydanda “Osiyek”i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

24 yaşlı yarımmüdafiəçi bu qarşılaşmada ilk dəfə meydana çıxıb. Abdullazadə oyuna 64-cü dəqiqədə daxil olaraq debüt sevincini yaşayıb.

Üç turun ardından 2 xal toplayan “Varazdin” turnir cədvəlində 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

 

Seçilən
37
5
idmanxeber.az

10Mənbələr