AZ

Bakıda şəhidləri lağa qoyaraq video çəkən ərəblər saxlanıldı - VİDEO

Bir qrup xarici ölkə vətəndaşı Şəhidlər Xiyabanında etik normalara zidd davranışlar sərgiləyərək həmin anları videoya çəkiblər. 

Daha sonra onlar bu görüntüləri sosial media platformalarında paylaşıblar.

Sözügedən görüntülər ictimaiyyət arasında haqlı narazılığa və geniş rezonansa səbəb olub. 

Sosial şəbəkələrdə vətəndaşlar həmin şəxslərin hərəkətlərini kəskin şəkildə qınayıblar və məsuliyyətə cəlb olunmalarını tələb ediblər.

Əldə olunan son məlumata əsasən, artıq hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər saxlanılaraq araşdırmalara başlanılıb.

Hadisə ilə bağlı rəsmi qurumların açıqlamaları gözlənilir.

 


Seçilən
34
50
7news.az

10Mənbələr