AZ

Tramp-Zelenski görüşü dərhal Putinlə sammitə gətirib çıxarmaya bilər

Ağ Ev ABŞ və Ukrayna liderlərinin bugünkü görüşünün dərhal Kremlin rəhbəri Vladimir Putinlə üçtərəfli sammitə gətirib çıxaracağını “xüsusilə gözləmir”.

Bu barədə The Washington Post xəbər verir. Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evə səfər edəcək və ABŞ prezidenti Donald Trampla görüşəcək. Onlar müharibənin başa çatmasının təfərrüatlarını müzakirə edəcəklər. Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ bu həftənin sonunda Tramp, Zelenski və Putinin iştirakı ilə üçtərəfli görüş keçirməyə ümid edir.

“Lakin o, xəbərdarlıq edib ki, Ağ Ev bazar ertəsi görüşdən belə nəticə gözləmir”, - nəşr əlavə edib.

Xatırladaq ki, son bir neçə həftədə prezident Tramp Putinlə görüşməyi planlaşdırdığını bəyan etmiş, daha sonra Ukraynadakı müharibəyə son qoymaq üçün Zelenski ilə üçtərəfli görüşə icazə vermişdi.

Avqustun 16-na keçən gecə həqiqətən də ABŞ və Rusiya liderləri arasında görüş baş tutub. Alyaskada baş tutub və danışıqların əsas mövzularından biri Rusiya-Ukrayna müharibəsi olub.

Zirvə görüşündən sonra dərhal atəşkəsin əldə ediləcəyi və müharibənin dayandırılması ilə bağlı müzakirələrin başlayacağı gözlənilirdi. Lakin Tramp öz mövqeyini dəyişdi və indi tam sülh sazişi ideyasını irəli sürür.

Dünən Trampın xüsusi nümayəndəsi Steve Vitkoff belə bir addımı ABŞ və Rusiya arasında danışıqlarda "əhəmiyyətli irəliləyiş" olması ilə izah edib. Trampın özü də görüşü uğurlu hesab edir və müharibəyə son qoyula biləcəyinə inanır. Artıq media Putinin buna son qoymağa hansı şərtlərlə hazır olduğu haqda məlumat yayıb.

Xüsusilə, Rusiya Zaporojye və Xerson vilayətlərində cəbhənin dondurulması müqabilində Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılmasını tələb edir. Bundan əlavə, Rusiya Federasiyasının öz qoşunlarının Xarkov və Sumi vilayətlərinin bir hissəsindən çıxarılmasını müzakirə etməyə hazır olduğu iddia edilir. Rusiya Federasiyasının rus dilinin statusu və s. ilə bağlı bir sıra digər tələbləri də var.

Qeyd edək ki, Vitkoff artıq dünən Ağ Evdə Zelenski ilə görüşdə Rusiyanın xeyrinə ərazi güzəştlərinin müzakirə ediləcəyini açıqlamışdı.

Əziz MUSTAFA

Seçilən
19
50
oxumeni.az

10Mənbələr