AZ

Əlcəzair-Tunis sərhədində zəlzələ baş verib

Əlcəzair-Tunis sərhədində 4,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Əlcəzairin Xençela şəhərindən 115 km cənub-şərqdə və Tunisin Tameqza şəhərindən 50 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
53
50
yeniazerbaycan.com

10Mənbələr