AZ

Cəlilabadda elektrik dirəkləri yanaraq aşıb, 10-a yaxın mal-qaranı cərəyan vuraraq öldürüb

Cəlilabadda 10-a yaxın mal-qaranı elektrik cərəyanı vuraraq öldürüb.

 

Hadisə Cəlilabad rayonunun Zərbiəlli kəndində baş verib. Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.

 

Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.

 

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

 

APA

Tarix: 18 Avqust 2025, 10:51   
Seçilən
27
50
pravda.az

10Mənbələr