AZ

Cəlilabadda elektrik xətlərində qəza baş verdi - 10 iribuynuzlu heyvan tələf oldu

CƏLİLABAD. 18 avqust. TELEQRAF

Cəlilabadda 10-a yaxın iribuynuzlu heyvan elektrik vurmasından tələf olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Zərbiəlli kəndində qeydə alınıb.

Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.

Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Seçilən
48
44
teleqraf.com

10Mənbələr