"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan çempionatlarında komanda çalışdıran 67-ci əcnəbi mütəxəssis olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının ilk turunda 2 əcnəbi mütəxəssis çempionatımızda debüt edib. "İmişli"ni çalışdıran Xorxe Kaskilya və S. İliç.
Portuqaliyalı mütəxəssisin komandası "İmişli" ilk turda məğlub olsa da, İliçin debütü uğurlu alınıb. "Sumqayıt" "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcıdır.
Qeyd edək ki, Kaskilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.