AZ

Paşinyan: "Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi"

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

Bu barədə Moderator.az Ermənistan liderinin xalqa müraciətinin canlı yayımına istinadən xəbər verir.

“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, - o deyib.

Seçilən
47
50
moderator.az

10Mənbələr