AZ

“S&P Global Ratings” Azərbaycan Biznes İnkişafı Fondunun kredit reytinqini yüksəldib

"S&P Global Ratings" agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun (ABDF) emitent üzrə uzunmüddətli kredit reytinqini "BB-" səviyyəsindən "BB" səviyyəsinə qaldırıb. Proqnoz sabitdir.

Bu barədə Trend "S&P Global Ratings"ə istinadən məlumat verir.

Eyni zamanda, S&P Azərbaycan Sahibkarlığın İnkişafı Fondu üzrə qısamüddətli "B" reytinqini təsdiqləyib.

Agentliyin məlumatına əsasən, 2025-ci ilin ortalarına Sahibkarlığın İnkişafı Fondunun aktivləri 1,05 milyard manat (təxminən 615 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Şirkətinin aktivləri isə 374 milyon manat (təxminən 220 milyon ABŞ dolları) təşkil edib. Hər iki qurum sahibkarlığın dəstəklənməsi və Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə yönəlib.

 

Beləliklə, Sahibkarlığın İnkişafı Fondu dövlətin güzəştli kreditlərini banklar vasitəsilə təqdim edir, Sahibkarlığın İnkişafı Fondu isə qeyri-xammal sahələrində ixrac və idxalı əvəzləyən istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin azlıq paylarına investisiya yatırır.

Qeyd edilib ki, ötən ilin sonunda Sahibkarlığın İnkişafı Fondunun balansından 192 milyon manat (təxminən 112,9 milyon ABŞ dolları) tam ehtiyatlaşdırılmış problemli kreditlər (Stage 3) silinib. Bu kreditlər 2016-2020-ci illərdə lisenziyası ləğv olunan maliyyə institutlarına aid idi. 2025-ci ilin ortalarına problemli kreditlərin həcmi 9,7 milyon manata (təxminən 5,7 milyon ABŞ dolları) qədər azalıb ki, bu da ümumi portfelin 1,4 faizini təşkil edir. Halbuki bu göstərici 2023-cü ilin sonunda 24 faiz idi. Bu, Azərbaycanın bank sektorundakı hazırkı problemli kreditlər səviyyəsindən (5-6 faiz) xeyli yaxşı nəticədir.

Bildirilib ki, Sahibkarlığın İnkişafı Fondunun son beş ildə verdiyi kreditlər nisbətən yüksək keyfiyyət nümayiş etdirib və geri qaytarılmayanların sayı məhdud olub. 2024-cü ilin sonunda ehtiyatlar ümumi portfelin 3 faizini təşkil edib və problemli kreditləri iki dəfə örtüb. Azərbaycan İnvestisiya Şirkətinin yerli şirkətlərdə pay alması üzrə ənənəvi fəaliyyəti Sahibkarlığın İnkişafı Fondunun kiçik və orta sahibkarlara banklar vasitəsilə təqdim etdiyi kredit portfeli ilə müqayisədə daha yüksək risk daşıyır. Buna baxmayaraq, gözlənilir ki, birləşmiş strukturun kapitallaşması (Riskə uyğunlaşdırılmış capital göstəricisinə görə) çox yüksək səviyyədə qalacaq və bu da reytinqin artırılmasına səbəb olub.

S&P agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun 2025-ci ilə dair konsolidə olunmuş audit hesabatının (Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə) 2026-cı ilin iyununda dərc ediləcəyini proqnozlaşdırır. Agentliyin proqnozu sabit olaraq qalır və gözlənilir ki, ASİF çox yüksək kapitallaşmanı və məhdud risk qəbulunu qoruyub saxlayacaq.

Seçilən
35
20
day.az

10Mənbələr