AZ

Perinatal Mərkəzdə baş vermiş yanğınla bağlı növbəti məhkəmə prosesi keçirildi

BAKI, 18 avqust. TELEQRAF

Respublika Perinatal Mərkəzi publik hüquqi şəxsdə baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeyaşöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Bağırova Fatimə təqsirləndirilənşəxslərdən Mehriban xanımı tanıyır:

Təqsirləndirilənşəxslərlə heç bir ədavətim yoxdur. Hadisə baş verən günün səhəri növbədəydik. Gəldim və bütün aparatları suyun içində, yanmış vəziyyətdə gördüm. Sonra məni və məndən başqa Mətanət və Günel xanımı Yeni Klinikaya ezam etdilər. Hadisəyə birbaşa canlı şahid olmamışam".

Daha sonra hakim Leyla Əsgərova-Məmmədovaşahidə sual ünvanlayıb: “Sizə elektrik uzadıcılarından istifadə etməyi kim deyib?”

Bağırova Fatimə işləyərkən uşaq sayı çox olduğuna görə elektrik uzadıcılarından istifadə olunduğunu bildirib.

"Bu tapşırığı kim verdiyi barədə məlumatım yoxdur".

Şahid qismində dindirilən Qurbanova Məxbilətəqsirləndirilənşəxslərin hər birini tanıyır:

“Hadisə günü mən orada deyildim. Gəldikdə gördüm ki, bütün otaq su içindədir. Mən orada baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. 2021-ci ildə struktur dəyişikliyi oldu. Bu barədə bizə iclas zamanı məlumat verildi. Biz Hamlet müəllimin bölməsində ona tabeçilikdə çalışacağıq. İlk olaraq iki otağımız vardı, daha sonra dörd otağa çıxdı. Xəstə artımı çox olduğu üçün otaq sayını artırıb altı etmək fikirləri var idi. Əvvəl iki otaq olanda rahat işləyə bilirdik, amma dörd otaq olanda küvəzlər bir-birinə çox yaxın idi və uşaqları otağa yerləşdirmək mümkün deyildi. Dəfələrlə Mehriban xanımın yanında iş yükümüzün çox olduğunu bildirmişəm. Mehriban xanım isə deyib ki, işləyə bilməyən ərizəsini yazsın və çıxsın".

Növbəti məhkəmə prosesi avqustun 25-nə təyin olunub.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarınaəsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilənşəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Seçilən
44
50
teleqraf.com

10Mənbələr