Qlobal bazarlarda diqqət bu gün ABŞ Prezidenti Donald Trump ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüşdədir.
Marja xəbər verir ki, Trump-Putin görüşündən sonra ABŞ Prezidenti Rusiyadan neft alması səbəbindən Çinə və Hindistana qarşı gömrük rüsumlarının artırılması planlarını təxirə salıb. Həmçinin, qlobal bazarlar bu həftə FED sədri Cerom Pauelin Jackson Hole-də verəcəyi açıqlamaları gözləyir.
Zelenskinin Ağ Ev ziyarətinin nəticələrini gözləyən qlobal bazarlarda səhmlər əsasən yüksəlişdədir.
Səhmlər əsasən yüksəlişdədir:
- S&P 500 indeksi həftəni 0,94% artımla tamamlayıb,
- MSCI Asiya-Sakit Okean indeksi 0,4% yüksəlib, Şanxay birjası on ilin ən yüksək bağlanışına doğru irəliləyir,
- Hindistan səhmləri 1,5% artaraq son üç ayın ən yüksək səviyyəsinə çatıb.
Neft qiymətləri təklif ilə bağlı narahatlıqlar azaldığı üçün dalğalanır:
Brent: təxminən 66 dollara,
WTI: təxminən 63 dollara ticarət olunur.
Bloomberg Dollar indeksi sabitdir.