AZ

2024-cü il üzrə büdcə planlarının icrasına dair monitorinqin nəticələri açıqlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələr açıqlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, monitorinq nəticələri OMXÇ, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorlarını əhatə etməklə, qeyd olunan sektorlar üzrə strateji hədəflərin və nəticə göstəricilərinin icra vəziyyəti, tədbirlərin icrası üçün ayrılmış vəsaitlərin istifadəsi, onlar arasında uyğunluğun təhlili, metodoloji tövsiyələr və digər məsələləri əks etdirir.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Nazirlər Kabinetinin 2025-ci il 28 yanvar tarixli Sərəncamına əsasən hazırlanaraq dərc olunur.

Seçilən
73
50
azertag.az

10Mənbələr