AZ

Rabitəbank-ın kredit portfeli 909 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan Rabitəbank 2025-ci ilin birinci yarısında (yanvar-iyun ayları) 6 milyon 831 min manat xalis mənfəət əldə edib. 

Banco.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir. 

2024-ilin sonu ilə müqayisədə bankın aktivləri 33 milyon 517 min manat və ya 2,9% artaraq cari ilin 30 iyun tarixinə 1 milyard 187 milyon 982 min manata çatıb. 

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin məbləği 2024-cü ilin sonu ilə müqayisədə 61 milyon 651 min manat (7,3%) artaraq 909 milyon 743 min manata yüksəlib. 

Bu dövrdə bankın depozit portfeli isə 689 milyon 687 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 12 milyon 468 min manat və ya 1,8% çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
20
11
banco.az

10Mənbələr