AZ

Tramp: “Sabah Ağ Evdə böyük gün olacaq”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə sabah çoxsaylı Avropa liderlərini qəbul edəcəyini bildirib.

Doğru.az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşım edərək, “Amerika prezidentinin iqamətgahında eyni vaxtda heç vaxt bu qədər çox avropalı lider olmayıb. Onları qəbul etmək mənim üçün böyük şərəfdir”, – deyə yazıb.

Qeyd edək ki, “New York Times” daha əvvəl Aİ-nin Trampın Volodimir Zelenski ilə bağlı qalmaqalının təkrarlanmasından ehtiyat etdiyini yazmışdı.

DOĞRU.AZ

Seçilən
33
50
dogru.az

10Mənbələr