AZ

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə beynəlxalq reytinqdə 2 pillə irəliləyib

Bakı. Trend:

Azərbaycan iyul ayında sabit genişzolaqlı internetin orta sürətiüzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 2 pilləirəliləyərək 82,58 MB/S sürətlə 153 ölkə arasında 81-c1 olub.

Trend“Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki,ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə sabit genişzolaqlıinternetin orta sürəti 2 dəfə artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay reytinqdəbirinci yerdə Sinqapur (386,96 MB/S), axırıncı yerdə isə Suriya(3,29 MB/S) qərarlaşıb.

Azərbaycan iyulda mobil internetin sürəti üzrə isə iyun ayınanisbətən 1 pillə geriləyərək 74,76 MB/S sürətlə 104 ölkə arasında56-cı olub. Mobil internetin sürətinə görə birinci yerdə BirləşmişƏrəb Əmirlikləri (584,97 MB/S), sonuncu yerdə isə Boliviya (14,7MB/S) qərarlaşıb.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetinsürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 198 şəhərarasında 83,27 MB/S sürətlə 112-ci yerdə qərarlaşıb. Şəhərlərinsabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (353,24 MB/S)başçılıq edib, sonuncu pillədə isə Hələb (2,73 MB/S)qərarlaşıb.

Azərbaycanın paytaxtı ötən ay mobil internetin sürətinə görə isəəvvəlki aya nisbətən 4 pillə irəliləyərək 93,16 MB/S sürətlə 148şəhər arasında 83-cü olub. Şəhərlər arasında mobil internetinsürətinə görə birinci yeri Ər-Rayyan (581,031 MB/S), sonuncu yeriLa Paz (Boliviya) (11.12 MB/S) tutub.

Məqalədə:
Seçilən
84
3
az.trend.az

10Mənbələr