AZ

Rusiya Ukraynanı ballistik raketlərlə vurdu – Yaralıların sayı artır

Rusiya Silahlı Qüvvələri bu səhər Ukraynanın Zaporojye şəhərinə ballistik raket hücumu həyata keçirib. Zərbələr nəticəsində kritik infrastruktur obyektləri hədəf alınıb, xeyli sayda mülki şəxs xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki, Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun verdiyi məlumata görə, şəhər iki dəfə raket atəşinə tutulub. Əvvəlcə 2 nəfər yaralanıb, lakin qurbanların sayı artmağa davam edir.

Yaralıların sayı 17-yə çatdı

İlkin məlumatlara görə, 4 nəfər yaralanıb, daha sonra bu rəqəm 6 nəfərə, son olaraq isə 17 nəfərə yüksəlib. Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar şəhərin tibb müəssisələrinə yerləşdirilib. Fedorov bildirib ki, yaralıların hamısına təcili tibbi yardım göstərilir.

“Zaporojyeyə zərbələrin nəticələrinin aradan qaldırılması üzrə prioritet işlər davam etdirilir”, – deyə o əlavə edib.

Prezident Aparatı: Rusiya müharibəni dayandırmaq niyyətində deyil

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak hücumla bağlı açıqlamasında Rusiyanın dinc şəhərləri atəşə tutmağa davam etdiyini vurğulayıb:

“Zaporojyaya ballistik raketlərlə zərbə endirilib. Putin atəşi dayandırmaq istədiyini deyir, lakin əslində şəhərlərimizə hücumlar davam edir. Biz bu müharibənin bitəcəyinə dair real istək görmürük.”

Eyni gündə Xarkova da hücum edilib

Bu hücumdan bir neçə saat əvvəl Rusiya Xarkov şəhərinə də hücum təşkil edib. İnsansız uçuş aparatları – “Şahed” tipli dronlar vasitəsilə çoxmərtəbəli yaşayış binası vurulub. Xarkov Regional Administrasiyasının rəhbəri Oleq Sinegubovun sözlərinə görə, hücum nəticəsində 5 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Ölənlər arasında 1,5 yaşlı qız və 16 yaşlı oğlan da var. Dağıntılar altında qalan insanların olduğu ehtimal edilir.

Ukraynada vəziyyətin gərginliyi artmaqda davam edir. Rusiya qüvvələrinin ardıcıl hücumları ölkənin mülki infrastrukturunu hədəfə almaqda israrlı olduqlarını göstərir. Yerli hakimiyyət orqanları əhaliyə təxliyyə və sığınacaqlara çəkilmə çağırışları edirlər.

Seçilən
57
10
veteninfo.az

10Mənbələr