ABŞ Dövlət Departamenti 500 milyon dollar dəyərindəki M142 HIMARS (“High Mobility Artillery Rocket System”) yaylım atəşli reaktiv sistemlərin (YARS) Bəhreynə satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə dörd ədəd 60 ədəd M142 HIMARS YARS-ın və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.