İran XİN xarici qüvvələrin mövcudluğunu regionun sabitliyi və təhlükəsizliyi üçün zərərli hesab edir.
Opertiv Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqai bildirib:
"Biz həmişə demişik ki, regionumuzda, o cümlədən Qafqazda və digər bölgələrdə qeyri-regional və xarici qüvvələrin mövcudluğunu regionun sabitliyi və təhlükəsizliyinə zərərli hesab edirik".
Bəqai bildirib ki, NATO qüvvələrinin bölgədə mövcudluğu sabitliyi pozduğunu sübut etdi: "Biz sərhədlərimizin qorunmasında baş verənləri diqqətlə izləyirik və sərhədlərimizi qorumaq üçün lazım olan hər şeyi edəcəyik".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta