ain.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Metenin klipindəki LGBTQIA+ bayrağı müzakirə yaratdı
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni təqdim etdiyi “Ofis himni” klipində LGBTQIA+ bayrağının görünməsinə dair yayılan müzakirələrə münasibət bildirib.
OLAY yazır ki, sənətçi açıqlamasında bildirib ki, kadrlar təsadüfən lentə alınıb və təbliğat məqsədi daşımır. O, qeyd edib ki, şeir və musiqi dəqiq elm deyil, daha çox hisslərə və emosional vəziyyətə bağlıdır:
“Mənim və Əlif Cahangirin birgə ərsəyə gətirdiyimiz klipdə kadrlar sözlərə uyğun montaj edilib. Mahnının “Nə qədər fərq var, nə qədər eynilik, bu qədər fərqliliklə eyniyik” hissəsində Stokholmda lentə aldığımız LGBTQIA+ bayrağı sizdə niyə təəccüb doğurur? Axı Stokholmda hər yerdə bu bayraqlar var və insanlar onlarla gəzirlər”, – deyə ifaçı bildirib.
PRoMete həmin kadrların təbliğat məqsədi daşımadığını vurğulayıb:
“Mən nə LGBTQIA+, nə də heteroluğu təbliğ edirəm. Mənim insanların cinsi, irqi, dini və s. seçimləri ilə işim yoxdur. İnsanlar yalnız daxili inkişaflarına görə fərqlənirlər. Çünki gəzdikcə görmüşəm ki, insanlar bu seçimlərinə görə mənəvi alçaqlıq və ya yüksəkliyik qazanmır, daxili inkişaflarına görə fərqlənirlər. Odur ki, əziz dostlar, dünyada olan reallıqlara göz yummaq əvəzinə şəxsi inkişafla məşğul olun”, - deyə, sözlərinə əlavə edib.
Xatırladaq ki, söz və musiqisi PRoMeteyə məxsus “Ofis himni” sənətçinin “39-dan 40-a” layihəsi çərçivəsində təqdim olunan növbəti trekidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.