Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-nin Harvard Universitetində aparılan genişmiqyaslı araşdırma zeytun yağının insan sağlamlığına təsirləri ilə bağlı mühüm nəticələr ortaya qoyub.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Mütəxəssislərin qənaətinə görə, gündəlik rasionda zeytun yağından müntəzəm istifadə edən şəxslərdə ürək-damar xəstəlikləri, insult və Alzheimer riskinin xeyli azaldığı sübut edilib.
Tədqiqatda 90 min nəfərdən çox insanın qidalanma vərdişləri 30 ildən artıq müddətdə izlənilib. Nəticələrə görə, gün ərzində 1 xörək qaşığı (təxminən 15 qram) zeytun yağı qəbul edən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski 19 faiz, sinir sistemi ilə bağlı xəstəliklərdən ölüm riski isə 29 faiz azalıb.
Alimlər bildirirlər ki, zeytun yağında yüksək miqdarda olan antioksidantlar və sağlam yağ turşuları hüceyrələrin zədələnməsinin qarşısını alır, xolesterin səviyyəsini tənzimləyir və damarların elastikliyini qoruyur. Bundan başqa, müntəzəm istifadə yaddaş zəifləməsinin və yaşla bağlı neyrodegenerativ xəstəliklərin qarşısının alınmasında da mühüm rol oynayır.
Araşdırmanın müəlliflərindən biri, Harvard Tibb Məktəbinin professoru Marta Qerez bildirib: “Əldə olunan nəticələr bir daha sübut edir ki, Aralıq dənizi tipli qidalanma – xüsusilə də zeytun yağının rasiona daxil edilməsi – uzunömürlülük və sağlam yaşlanma üçün əsas faktorlardan biridir”.
Mütəxəssislər insanların marqarin, kərə yağı və digər zərərli yağları zeytun yağı ilə əvəz etmələrini tövsiyə edirlər.
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.