AZ

Rusiya ordusu Odessa vilayətinə kütləvi dron hücumu edib, SOCAR-ın obyektlərində yanğın baş verib  

Avqustun 18-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa vilayətinə irimiqyaslı PUA hücumu edib. Dron zərbələri nəticəsində Azərbaycanın SOCAR şirkətinin obyektlərində də yanğın baş verib.

AZƏRTAC-ın UNİAN agentliyinə istinadla verdiyi xəbərə görə, avqustun 17-də, bazar günü saat 23:00 radələrində vilayətdə hava hücumu xəbərdarlığı verilib. Monitorinq kanalları Qara dəniz üzərində çoxlu “Şahed”in toplaşdığını və sonradan Odessa bölgəsinə, o cümlədən Odessa şəhərinə doğru uçduğunu bildirib. Tezliklə rayon mərkəzinin sakinləri hava hücumundan müdafiə sistemi üçün səciyyəvi olan partlayışlar və səslər eşidiblər. Şəhərin bir hissəsində tüstü dumanı yaranıb və hadisənin şahidləri evlərinin yaxınlığında yanğın baş verdiyini bildiriblər.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional qərargahının mətbuat xidmətindən verilən məlumata görə, PUA hücumları yanacaq-energetika infrastrukturu obyektində genişmiqyaslı yanğına səbəb olub.

Xidmətdən verilən məlumata görə, hazırda heç kimin yaşamadığı ikimərtəbəli yaşayış binası da yanır.

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

Odessa Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, düşmənin hücumu nəticəsində kanalizasiya nasos stansiyası dağıdılıb. Yerli sakinlərə və müəssisə işçilərinə zərər dəyməyib. Artıq hərbi cinayətlər törətmə faktları üzrə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) ibtidai istintaqa başlanılıb.

Hadisənin şahidləri sosial şəbəkələrdə bildiriblər ki, Azərbaycanın neft şirkəti SOCAR-ın terminalları və “Yeni poçt” binalarında yanğın baş verib.

Seçilən
63
50
azerbaijan-news.az

10Mənbələr