AZ

Tramp-Zelenski görüşü öncəsi Rusiya Ukraynaya zərbələr endirir | VİDEO

AzVision.az xəbər verir ki, Zaporojye Vilayət Hərbi administrasiyasının (VHA) rəisi İvan Fyodorov öz telegram-kanalında bununla bağlı paylaşım edib.

“Ruslar Zaporojyeyə zərbələr endiriblər. Onlar şəhərin kritik infrastrukturuna zərbə endirməyə çalışırlar. Altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Bunlar vilayət mərkəzinə hücumun qurbanlarıdır. Tibbi yardıma ehtiyacı olanların sayı artır”, - İvan Fyodorov vurğulayıb.

Avqustun 18-nə keçən gecə, həmçininXarkov şəhəri də kamikadze dronlarının kütləvi hücumuna məruz qalıb. Şəhər hakimiyyətinin məlumatına görə, dronlardan biri Sənaye məhəlləsində yaşayış binasına düşüb. Zərbə binanın iki girişində bir neçə mərtəbəni əhatə edən böyük yanğına səbəb olub.

Xarkov Vilayət Hərbi administrasiyasının rəhbəri Oleq Sineubov 5 nəfərin hadisə yerində öldüyününtəsdiqləndiyini, daha 18 nəfərin isə yaralandığınbı bildirib. Qurbanlar arasında bir yaşdan 17 yaşa qədər altı uşaq da var.

Xarkov şəhərinin meri İqor Terexov isə deyib ki, tavanların uçması səbəbindən binanın çökməsitəhlükəsi var və insanlar dağıntılar altında qala bilər. Axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə yerində yanğınsöndürənlər, tibb işçiləri və təcili yardım briqadaları işləyir.

Ukraynalı rəsmilər bu gecə baş verən dron zərbələrinin son vaxtlar yaddaşlarda qalan ən dağıdıcı hücumlardan biri olduğunu vurğulayırlar.

- Zaporojye. Həm də rusların şəhərimizə ballistik zərbəsi. Buna görə də Putin atəşi dayandırmaq istəmir - o, dinc şəhərləri atəşə tutmağı və müharibəni bitirmək istəyindən danışmağı xoşlayır. Hələlik biz bu istəyi görmürük”,- Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bu gecə baş verənləri belə qiymətləndirib.

Ukrayna Hərbi Hava qüvvələrinin məlumatına göerə, Rusiya avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə 4 ballistik raket və 140-a yaxın PUA buraxıb. Ukrayna ordusu 88 PUA-nıməhv etsə də, altı vilayətdə hədəflərə zərbələr baş tutub.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
21
22
azvision.az

10Mənbələr