AZ

Florian Filippot: “Makron müharibə və qorxunu şəxsi gündəmi üçün şişirdir”

Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot sosial şəbəkədə Emmanuel Makronun müharibə qorxusundan şəxsi gündəmi üçün istifadə etdiyini bildirib.

Doğru.az xəbər verir ki, Filippot deyib:
“Makron müharibə və qorxunu şişirdir: o, təhlükəlidir. Makron şəxsi gündəmi üçün müharibə istəyir”.

Filippotin fikrincə, Makron və digər Qərb liderləri Avropa İttifaqını dövlətə çevirmək və ona “Avropa ordusu” bəxş etmək üçün müharibə axtarırlar.

Xatırladaq ki, Makron daha əvvəl Avropanı güclü, sərbəst və azad görmək istədiyini vurğulamışdı.

DOĞRU.AZ

Seçilən
87
10
dogru.az

10Mənbələr