AZ

Alyaska bizə nəyi göstərdi...

Niyə birinci, ona görə ki, ölkə üçün işğal olunmuş ərazilər, daha doğrusu, onların azad edilməsi milli kimliyin bir hissəsinə çevrilib.

Rusiya, nəyi nəzarətində saxlamağı bacarmasından asılı olmayaraq, bəyan etdiyi məqsədləri, hətta böyük itkilər, o cümlədən reputasiyası bahasına olsa da, birinci müharibəni uduzdu.

Rusiya rəhbərliyi danışıqlarda nəyə görə bazarlıq edə bilməməsindən asılı olmayaraq, siyasi “uduzan” imicindən qurtula bilməyəcək. Hətta ölkəni SVO-nu (Xüsusi hərbi əməliyyat - ANSPress) sonsuz aparması, hətta Azərbaycanı və Qazaxıstanı yeni “svo”larla qorxutmağa çalışan daimi “pis oğlana” çevirmək cəhdi də panikanın sübutundan başqa heç nə demək deyil...

Gec-tez vəziyyətin dondurulmasına nail olmaq üçün bu və ya digər cəhdlər uğur qazanacaq və o zaman əsl siyasi sirk başlayacaq. Bütün siyasi elita, bütün təbliğat hamıya, o cümlədən özlərinə “Rusiya qalib gəldi”ni sübut etməyə başlayacaq.

Bu “Pirr” qələbəsi idarəetmənin dağılması, hakimiyyətin ötürülməsi və ola bilsin ki, ölkənin parçalanması prosesinə təkan verə bilər.

Seçilən
40
50
anspress.com

10Mənbələr