AZ

İran hərbi müşaviri xəbərdarlıq etdi: “İsrail və ABŞ-la yeni müharibə hər an başlaya bilər”

  İran Ali Rəhbərinin hərbi müşaviri Rəhim Səfavi İranda ABŞ və İsrail ilə münasibətlərdə gərginliyin davam etdiyini bildirib.

Referans  xəbər verir ki, Səfavi, ölkəsinin atəşkəs vəziyyətində olmadığını, faktiki olaraq müharibə vəziyyətində olduğunu vurğulayıb:
“Biz atəşkəs vəziyyətində deyilik — biz müharibə vəziyyətindəyik”, — deyə o qeyd edib.

Səfavi əlavə edib ki, İran ilə ABŞ və ya İsrail arasında heç bir protokol, razılaşma və ya razılaşdırılmış mexanizm mövcud deyil.

O, həmçinin bildirib:
“Düşünürəm ki, yeni müharibə baş verə bilər. Və ondan sonra müharibələr artıq olmayacaq"./Musavat.com  

Seçilən
75
50
referans.az

10Mənbələr