AZ

Trampın planı dərc edildi

Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, Ağ Ev ABŞ Prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Vladimir Zelenskinin Avropa İttifaqının liderləri ilə görüşlərinin cədvəlini dərc edib.

Donald Tramp ilə Vladimir Zelenskinin görüşü bazar ertəsi günü Bakı vaxtı ilə 21.15-də başlanacaq və bir saat davam edəcək.

Bakı vaxtı ilə 21.00-da Zelenski Ağ Evə daxil olacaq və Ukrayna Prezidentinin qarşılanması mərasimi keçiriləcək.

21.15-də Ukrayna ilə ABŞ prezidentilərinin ikitərəfli görüşü başlanacaq.

22.15-də Avropa liderləri Ağ Evdə qarşılanacaq.

22.30-da ABŞ Prezidenti ilə Avropa liderlərinin ailə fotoşəkli çəkiləcək.

23.00-da Avropa liderləri ilə çoxtərəfli görüş başlanacaq.

Tramp ilə Zelenskinin görüşü Ukrayna münaqişəsinin nizamlanmasına həsr ediləcək. Ağ Evin başçısı ilə görüşmək üçün Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corca Meloni Vaşinqtonda olacaqlar. Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen də görüşdə iştirak etməyi planlaşdırdığını bəyan edib.

Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
29
hurriyyet.az

10Mənbələr