Bu ilin yanvar-iyul aylarında 1 862,7 kq qızıl hasil olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, gümüş hasilatı 32,9 faiz artaraq 2 533,5 kq-a çatıb.
Rekord artım mis konsentratının hasilatı üzrə qeydə alınıb. İlin 7 ayında 1 693,4 ton mis konsentratı hasil olunub və bu, illik ifadədə 15,1 dəfə çoxdur.
1 avqust 2025-ci ilə ölkədə formalaşan hazır məhsul ehtiyatı 167,5 kq qızıl, 577,3 kq gümüş və 255,3 ton mis konsentratından ibarət olub.