AZ

Ruslar çoxmərtəbəli yaşayış binasını vurub

ain.az, Reyting.az saytına istinadən bildirir.

Rus ordusu səhər saatlarında Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasını pilotsuz uçuş aparatı (PUA) ilə vurub. Nəticədə uşaqlar da daxil olmaqla, ölən və çoxlu sayda yaralı var.Reyting.az-ın məlumatına görə, Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, ruslar 4 PUA ilə 5 mərtəbəli yaşayış binasına zərbələr endirib. Birinci, üçüncü və beşinci mərtəbələrdəki mənzillərdə yanğınlar baş verib, tavanlar dağılıb, çökmələr olub.Sinegubov deyib ki, dağıntılar altından çıxarılan 2 yaşlı uşaq da daxil olmaqla, 3 nəfər ölüb, 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Ümumilikdə 6 yaşayış binasına və 15 avtomobilə ziyan dəyib.Xarkov meri İqor Terexovun verdiyi məlumata görə, Sənaye məhəlləsi də vurulub və yanğın baş verib. Birində ikinci mərtəbədən dördüncü mərtəbəyə qədər, digərində isə üst mərtəbə yanır. Daha sonra Terexov bildirib ki, binada mərtəbələr uçub, dağıntılar altında insanlar ola bilər.Onu da qeyd edək ki, Sumı rayonuna hücum nəticəsində də çoxlu sayda ev dağılıb, təhsil müəssisəsinin binasına ziyan dəyib.***Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində həlak olanların sayı 5 nəfərə, yaralanan mülki şəxslərin sayı 30 nəfərə çatıb.Reyting.az bununla əlaqədar Xarkovda matəm elan olunub.V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
9
reyting.az

10Mənbələr