AZ

Elektromobili yolun kənarında saxlamalı olan sürücünün başına iş gəldi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda bir sürücü elektrikli avtomobili ilə hərəkət edərkən qeyri-adi hadisə ilə üzləşib. 

Avtosfer.az xəbər verir ki, "Changan" markalı avtomobilin sisteminə yol boyu yenilənmə ilə bağlı bildiriş  gəlib. Nəticədə, sürücü avtomobili yolda saxlamalı olub və maşın yolda təxminən 30 dəqiqə ərzində özünü yeniləməyə başlayıb.

Hadisə zamanı avtomobilin idarəetmə sistemi tamamilə kilidlənib, sürücü isə bu müddət ərzində heç bir müdaxilə edə bilməyib. Belə hallar elektrikli avtomobillərdə proqram təminatının avtomatik yenilənməsi zamanı baş verə bilər, lakin bu, xüsusilə hərəkət halında təhlükəli vəziyyət yarada bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
50
avtosfer.az

10Mənbələr