AZ

Xarici dövlətlər Gürcüstanda yenidən inqilab etməyə çalışır - Kaxa Kaladze

Dərin dövlət, qondarma dərin dövlət timsalında xarici qüvvələr Gürcüstanda iğtişaşlar və inqilablar törətmək cəhdlərini davam etdirirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib.

Bundan əvvəl gürcü mətbuatı Böyük Britaniyanın Litvada gənc fəallara polislə qarşıdurma öyrətməsi barədə məlumat yayıb.

“Bu ölkələr, konkret təşkilatlar və qlobal müharibənin dərin dövlətinin tərəfini təmsil edən insanlar, əlbəttə ki, sakitləşmirlər və hansısa yolla ölkədə iğtişaşlar və dövlət çevrilişi yaratmaq istəyirlər”, - Kaladze bildirib.

Merin vurğuladığı kimi, son illər Gürcüstanda kənar qüvvələrin köməyi ilə bir neçə dəfə inqilaba başlamaq cəhdləri olub, lakin nəticəsiz qalıb.
Onun sözlərinə görə, cəhd bu dəfə də nəticə verməyəcək.

Seçilən
32
50
ucnoqta.az

10Mənbələr