AZ

Şəhid atası dünyasını dəyişdi

Bu gün şəhid Xəyal Məmmədovun atası Ağabəy Məmmədov 75 yaşında ürək tutmasından vəfat edib. 

“Cebheinfo.az” xəbər verir ki, o, yaşadığı Şəki şəhərində dəfn olunacaq. 

Qeyd edək ki, Xəyal Məmmədov Vətən müharibəsində Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşlərində snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə,  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

“Cebheinfo.az”

Seçilən
33
7
cebheinfo.az

10Mənbələr