AZ

“Elit Leasing” 2024-cü ildə mənfəətini 87% artırdı

Finss.az - “Elit Leasing” MMC 2024-cü ili 176,7 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ildə qeydə alınan 94,4 min manatla müqayisədə 87% çoxdur.

Banker.az-ın məlumatına görə, şirkətin əməliyyat gəlirləri ötən il 649 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin 336 min manatı ilə müqayisədə 313 min manat və ya 93% artım deməkdir. Kredit və borc faizləri üzrə xərclər isə 101 min manatdan 331 min manata yüksələrək 2,3 dəfə artıb.

Ümumi mənfəət 2024-cü ildə 300 min manat olub, bu da əvvəlki ilin 206 min manatı ilə müqayisədə 45% artım deməkdir. Vergidən əvvəl mənfəət 118,6 min manatdan 216,3 min manata qalxaraq 82% artıb.

Balans göstəricilərinə əsasən, şirkətin cəmi aktivləri 2024-cü ildə 2 milyard 872 min manat təşkil edib. Bu, 2023-cü ilin 2 milyard 107 min manatından 36% çoxdur. Cəmi kapital 3,7 dəfə artaraq 86 min manatdan 316 min manata çatıb. Öhdəliklər isə 26% artaraq 2 milyard 556 min manat olub.

Xatırladaq ki, “Elit Leasing” MMC 2021-ci ildə yaradılıb və 53 min manat nizamnamə kapitalına malikdir. Şirkətin səhmdarı Elnur Yusifov Natiq oğludur.

 

Əlavə bax: 30 İL Etibarlılıq və Uğur

Seçilən
19
12
fins.az

10Mənbələr