AZ

"Real"ın gənc ulduzu azarkeşləri şoka saldı: Bu necə ola bilər?

"Real"ın gənc ulduzu Franko Mastantuono gündəmə gəlib.

Publika.az xəbər verir ki, Madrid klubunun azarkeşləri avqustun 14-də 18 yaşı tamam olan argentinalı futbolçunu BMW markalı avtomobil sürərkən görüblər. Bu da onların təəccüblənməsinə səbəb olub.

Bir çox fanat "Bu necə ola bilər? Axı o, təzəcə yetkinlik yaşına çatıb!", - deyə sual ünvanlayıb.

Məlum olub ki, argentinalı futbolçu valideynlərinin razılığı ilə hələ 17 yaşında sürücülük vəsiqəsi alıb. Argentina ilə İspaniya arasında olan razılaşma sayəsində həmin vəsiqə altı aylıq müvəqqəti ispan sürücülük vəsiqəsinə dəyişdirilə bilir.

Seçilən
30
5
publika.az

10Mənbələr