AZ

Dünya Bankının dəstəyi ilə 24 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində kiçik bizneslərini quranların sayı artıq 24 mini ötüb.

Nazirliyinin məlumatına görə, layihənin əsas məqsədi özünüməşğulluq proqramının genişləndirilməsinə, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri kiçik bizneslərə yiyələnməsinə dəstək göstərməkdir.

2020-2025-ci illərdə 22 min işsiz şəxsi əhatə etməsi hədəflənən Layihənin uğurlu icrası işlərinın nəticəsi olaraq, layihəyə cəlb edilənlərin sayı bu ilin sonunadək hədəfdən daha çox olmaqla, 26 mini ötəcək.

Bu sahədə ğörülən işlərə beynəlxalq səviyyədə verilən yüksək qiymətin təzahürü kimi, ötən il “Məşğulluğa Dəstək Layihəsi” Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin mükafatı ilə təltif olunub.

Layihə iştirakçıları Beynəlxalq Əmək Təşkilatının proqramı əsasında onlar üçün təşkil olunan təlimlərdə maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması, kiçik biznesin təşkili və s. üzrə bilik və bacarıqlara da yiyələnirlər.

Həmçinin Layihə üzrə qurduğu kiçik biznesini uğurla inkişaf etdirənlərə bizneslərini genişləndirmək üçün əlavə dəstək də verilir.

Seçilən
61
9
vergiler.az

10Mənbələr