AZ

“Ölən” məşhurdan aqressiv reaksiya: “Çox yaxşıyam”

“Türkiyə gözəli” Pınar Altuğun ölüm xəbəri yayılıb.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  hazırda ailəsi ilə birlikdə tətildə olan Pınar Altuğ haqqında yayılan saxta ölüm xəbərinə çox əsəbiləşib.

Məsələ ilə bağlı hüquqi tədbir görəcəyini bildirən Pınar Altuğ, “Yaxşıyam, son dərəcə sağlamam” – deyə, bildirib.

Altuğ Instagram hesabında bunları deyib:

“TikTok üzərindən yayımlanan bir maqazin səhifəsi – məqsədlərinin nə olduğunu bilmədiyim bir səhifə – mənim guya yol qəzası nəticəsində həyatımı itirdiyimə dair tam uydurma bir xəbər yayıb. Ailəm, ərim, dostlarım, məni sevənlər… Dünəndən bəri aldığım zənglərin sayı-hesabı yoxdur”.

Qeyd edək ki, 1994-cü ildə “Türkiyə gözəli” yarışmasında birincilik qazanan Pınar Altuğ, özündən doqquz yaş kiçik həmkarı Yağmur Atacan ilə 2008-ci ildə ailə qurub.

Seçilən
37
40
heftelik.az

10Mənbələr