AZ

FİFA futbola yeni dəyişiklikləretmək istəyir

Beynəlxalq Futbol Federasiyası ( FİFA ) klublararası dünya çempionatının formatında dəyişiklik etməyi planlaşdırır.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, media FİFA-nın 2029-cu ildən etibarən turniri iki ildən bir keçirməyi nəzərdən keçirdiyini və iştirakçıların sayını 32 komandadan 48 komandaya çatdırmaq istədiyini yazıb. Klublararası dünya çempionatında bir ölkədən ikidən çox klubun iştirakına icazə verilməsi planlaşdırılır.

Həmçinin beynəlxalq təqvimin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün milli komandaların yoldaşlıq oyunları və milli komandaların iyul turnirləri ləğv oluna bilər. Lakin Millətlər Liqasına görə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) buna qarşı olacaq.

Nuriyyə NATİQQIZI

Seçilən
31
17
redaktor.az

10Mənbələr