AZ

Ruben Amorim İngiltərə Premyer Liqasında son 16 mövsümün ən pis göstəricisinə imza atıb

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinə imza atıb.

Oxu.Az "Opta"ya istinadən xəbər verir ki, bu nəticə komandanın I turda evdə "Arsenal"a uduzması ilə qeydə alınıb.

Mütəxəssis "qırmızı şeytanlar"la 15-ci məğlubiyyətini (yeddi qələbə, altı heç-heçə) alıb. O, bu nəticəni 28 matçda əldə edib. Bu isə Çempionşipdən Premyer Liqaya yüksəlməyən komandalar arasında 2009-cu ildən bəri ən pis nəticədir.

2009-cu ildə "Portsmut"un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
24
oxu.az

10Mənbələr