AZ

Özbəkistan Prezidenti Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsində verdiyi töhfəni yüksək qiymətləndirib

Bakı. TurkicWorld

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

TurkicWorld xəbər verir ki, bu barədə dövlət başçısının "Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq" adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bildirilib.

"Biz Azərbaycan Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevin yeni ümumregional proseslərin inkişafında iştirak etmək istəyini və Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qarşılıqlı əlaqəni gücləndirmək səylərini yüksək qiymətləndiririk", - o deyib.

Bundan əlavə, Şavkat Mirziyoyev bu yaxınlarda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanla üçtərəfli Birgə Bəyannamənin imzalanması münasibətilə Azərbaycan xalqını bir daha təbrik edib.

Seçilən
14
50
turkic.world

10Mənbələr