AZ

İş və sosial həyat arasında tarazlıq qurmağın yolları

Karyera hədəflərinə çatmaq üçün şəxsi həyatın arxa plana atılması həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərir...

Mütləq balans vacibdir.

Pravda.az bildirir ki, iş həyatındakı məsuliyyətlərə fokuslanarkən xobbilərə və yaxınlara vaxt ayırmaq həm rifahı artırır, həm də iş performansını gücləndirir. Günü planlamaq, prioritetləri düzgün müəyyənləşdirmək və iş zamanı fasilələr vermək məhsuldarlığı artırır.

Mütəxəssislər bildirir ki, “yox” deməyi bacarmaq və iş saatları xaricində zehni istirahət etmək də psixoloji sabitlik üçün vacibdir. Evdən işləyənlər üçün ayrıca iş məkanı ayırmaq, iş saatından sonra isə elektron əlaqəni kəsmək tövsiyə olunur.

Bundan əlavə, ildə bir neçə gün istirahət götürmək, yenidən enerji toplamaq və tükənmişlik sindromundan qorunmaq üçün vacib sayılır.

Qeyd: İş və şəxsi həyat arasında düzgün tarazlıq sağlam və xoşbəxt yaşamın açarıdır.

Poliqon.info

Seçilən
6
14
poliqon.info

10Mənbələr