AZ

Rusiya ilə Ukrayna arasında sazişin imzalanmasına hələ çox var PROQNOZ

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sülhə nail olmaq üçün müxtəlif cəhdlər atılsa da Rusiya-Ukrayna münaqişəsi hələ də davam edir. ABŞ prezidenti Donald Tramp sosial şəbəkəsində yazıb ki, Ukrayna müharibəni dayandırmaq üçün bəzi torpaqlarından imtina etməyə hazır olmalıdır. Onun sözlərinə görə, müharibə uzandıqca rəsmi Kiyev daha çox ərazi itirəcək. Bu fikir müzakirələrə səbəb olub və məsələnin nə qədər çətin olduğunu bir daha təsdiqləyib.

Politoloq Fikrət Sadıqov Sherg.az-a açıqlama verib:

"Reallıq ondan ibarətdir ki, hələlik axtarışlar davam edir. Moderator rolunu Donald Tramp öz üzərinə götürüb. Bu isə olduqca məsuliyyətli və mürəkkəb bir missiyadır. Artıq Vladimir Putinlə də görüş keçirilib və onun təklifləri məlumdur. Vaşinqtonda isə hazırda Volodimir Zelenski və Avropa liderləri ilə görüşlər keçirilir. Yaxın zamanda hər hansı bir sazişin imzalanacağını hesab etmirəm. Sazişin imzalanmasına hələ çox var. Çünki tərəflər öz qəti və prinsipial mövqelərini səsləndiriblər. Bu  mövqelərin yaxınlaşmasına, hansısa sazişə imza atmağa müəyyən problemlər və ciddi əngəllər törədir".

Politoloq axtarışlar çərçivəsində müəyyən güzəştli variantın tapılmasının vacibliyini vurğulayıb. Ekspert belə bir variant müəyyən edilməyənə qədər danışıqların davam edəcəyini söyləyib: 

"Tramp bu missiyanı öz üzərinə götürüb. O bu prosesdə iştirakını davam etdirəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
50
sherg.az

10Mənbələr