AZ

Zelenski Xarkova son hücum barədə: Nümayişkaranə və kinli hücum

Zelenski Rusiyanı "nümayişkaranə və kinli" zərbələrdə ittiham edib.
Herbiand.az xəbər verir ki, Vladimir Zelenski bu gün Ağ evdə keçiriləcək görüş öncəsi, Rusiyanın Ukrayna ərazisinə  hücumuna sosial şəbəkə hesabında münasibət bildirib. Yazıda qeyd olunub ki,  “Hər kəs ləyaqətli sülh və həqiqi təhlükəsizlik axtarır və bu dəqiqə ruslar Xarkov, Zaporojjya, Sumi vilayəti və Odessaya hücum edir, yaşayış binalarını və mülki əhalinin infrastrukturunu məhv edir”

“Ruslar insanları, xüsusən də uşaqları qəsdən öldürür”.

Zelenski qeyd edib ki, Xarkovda 7 nəfər öldürülüb, onlardan ən kiçiyi bir yaş yarımlıq qızdır.

Yunis İsrəfilov

Seçilən
7
50
herbiand.az

10Mənbələr