AZ

Rusiyada işləyən Azərbaycan vətəndaşları üçün daha bir qadağa

2025-ci il sentyabrın 1-dən Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan vətəndaşları üçün yeni iş məhdudiyyətləri tətbiq ediləcək. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qadağa regionda viza əsasında işləyən miqrantlara şamil ediləcək və Avrasiya İqtisadi İttifaqı haqqında Müqaviləyə uyğun olaraq Rusiyada viza və iş icazəsi tələb olunmayan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşlarına şamil edilməyəcək. 

Məhdudiyyətlər Rusiyada müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər istisna olmaqla, Rusiya Federasiyasına vizasız daxil olmuş Tacikistan, Özbəkistan, Moldova və Ukrayna vətəndaşlarına da şamil edilir.

Ağarza Elçinoğlu 

Seçilən
77
50
unikal.az

10Mənbələr