Dünən Sistan və Bəluçistan əyalətinin Nimruz şəhərində hərbçilərlə etnik bəluçlardan ibarət “Ənsar əl-Furqan” silahlı qruplaşması arasında qarşıdurma baş verib.
Bizim.Media “Halvəş” Teleqram kanalına istinadla xəbər verir ki, qruplaşmanın sözçüsü Mövləvi Nəsrullah Bəluç atışma nəticəsində hökumət qüvvələrindən 50-yə yaxın ölən və yaralanan şəxsin olduğunu bildirib.
“Ənsar əl-Furqan” nümayəndəsi qarşıdurmanın 9 saat davam etdiyini deyib. O, hökumətə yaxın mediada yayılan “bir neçə silahlının həbs olunduğu” iddiasını təkzib edib.
Qruplaşma 6 üzvünün həlak olduğunu təsdiqləyib, lakin əlavə itkilərin və həbslərin olmadığını vurğulayıb. Buna cavab olaraq SEPAH yaydığı bəyanatda 6 silahlının öldürüldüyünü və 2 nəfərin saxlanıldığını açıqlayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta