AZ

Ukraynanın xarici işlər naziri Rusiyanın SOCAR-ın neft bazasına zərbə endirməsi ilə bağlı: Moskva Azərbaycanın maraqlarına zidd hərəkət edir

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanın pilotsuz təyyarələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessadakı neft bazasına endirilməsinə münasibət bildirib.

"Bu gecə ruslar Odessa vilayətində SOCAR-ın neft terminallarına hücum ediblər. Bu, son həftələrdə Rusiyanın Azərbaycan dövlət şirkətinə ikinci zərbəsidir.

Moskva bunu bilərəkdən edir, Azərbaycanın maraqlarına zidd hərəkət edir.

Bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavab verilməsinin vacibliyini nümayiş etdirir", - nazir "X" sosial şəbəkə səhifəsində yazıb.

Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessa vilayətində SOCAR-ın neft bazası Rusiyanın "Shahed" pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb.

Olaylar.az-ın məlumatına görə, hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələnib. Su anbarlarına, nasos stansiyasının binasına, operator və texniki otaqlara, həmçinin əsas hasara ziyan dəyib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
50
olaylar.az

10Mənbələr