AZ

Pezeşkiandan Zəngəzur açıqlaması: Bu yolla bölgəyə girmək istəyirlər

“İranın qonşu və dost Ermənistanla çoxillik və strateji əlaqələri var”.
 
Moderator.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian jurnalistlərə deyib.
 
Prezident qeyd edib ki, bu səfər İranın qonşu ölkələrə prioritet səfərlərinə uyğundur:
 
“Əlbəttə, bu, ali rəhbərin (Əli Xamenei) ümumi siyasəti və fikrinə əsaslanaraq, qonşularımızla münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün prioritetdir. İranın qonşu və dost Ermənistanla çoxillik və strateji əlaqələri var. Biz həmişə ictimai, siyasi, iqtisadi və mədəni məsələlərdə bir-birimizlə yaxşı münasibətlər saxlamağa çalışmışıq. İran və Ermənistan arasında mümkün qədər sıx əlaqə yaratmaq üçün lazımi şərait yaradılıb. Ona görə də, bu səfər zamanı biz razılaşmalarımızı və əlaqələrimizi, o cümlədən kommunikasiya kanallarını müzakirə edəcəyik ki, bu da xüsusilə Şimal-Cənub dəhlizinin gücləndirilməsi üçün həll yolu ola bilər”.
 
ABŞ şirkətinin Zəngəzur dəhlizinə mümkün nəzarəti ilə bağlı Pezeşkian bildirib:
 
“Əlbəttə, Amerika şirkətlərinin bölgədə olması, hansısa şirkət adı altında regiona girib, sonra başqa nəsə axtarması ilə bağlı narahatlıq var. İndiyə qədər olan təcrübə göstərir ki, onlar bu yolla hərəkət edirlər, Ermənistan rəsmiləri ilə bu narahatlıqlarla bağlı müzakirələrimiz olacaq”.
 
İran prezidentinin sözlərinə görə, bu gün İrəvanda tikinti, mədənçilik, incəsənət, sosial və turizm sahələrində sənədlərin imzalanması planlaşdırılır.
 
Xatırladaq ki, Məsud Pezeşkian hazırda ikigünlük səfər proqramı ilə Ermənistanda səfərdədir.
 
(Teleqraf)
Seçilən
102
50
moderator.az

10Mənbələr