AZ

Bakıda enerji, qida və ətraf mühit təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Oktyabrın 15-17-də Bakıda Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) təşkilatçılığı ilə “Enerji, qida və ətraf mühit təhlükəsizliyi naminə elmi sıçrayışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

MBBİ-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransın əsas məqsədi elmi tərəfdaşlıq üçün strateji planların işlənib hazırlanması, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin konfransın mövzuları üzrə əldə olunmuş nəticələrin paylaşılması üçün müvafiq beynəlxalq platformanın formalaşdırılmasıdır. Bu platforma yaşıl enerji istehsalını təmin etmək, ətraf mühiti sağlamlaşdırmaq, qlobal istiləşmənin səbəblərini aradan qaldırmaq, cəmiyyəti təhlükəli maddələrin təsirindən qorumaq, ərzaq təhlükəsizliyini təmin etmək, eləcə də iqtisadiyyatın və cəmiyyətin davamlılığını möhkəmləndirmək məqsədlərinə xidmət edəcək.

Konfransda bərpaolunan enerji sahəsində texnoloji tendensiyalar, yaşıl enerji və ətraf mühit problemləri, bioyanacaqlar və hidrogen iqtisadiyyatı, qida və ərzaq təhlükəsizliyi problemləri və dayanıqlı kənd təsərrüfatı sistemləri, təbii ehtiyatların davamlı idarə olunması və ekosistemlərin bərpası, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi və s. istiqamətlərdə müzakirələr aparılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
50
azertag.az

10Mənbələr